Almaniyada qadın maşınını metro xəttinə sürüb

25.08.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Almaniyanın Bohum şəhərində 63 yaşlı qadın avtomobilini metro tunelinə sürüb.

Məlumatı “Anadolu” yayıb. 

Xəbərdə bildirilir ki, Boxum Yanğından Mühafizə İdarəsinin məlumatına görə, qadın avtomobilini idarə edərkən xəstələnib və nəticədə idarəetməni itirərək Vonovia Ruhrstadion stadionunun yaxınlığındakı relslərə çıxıb.

Qeyd olunur ki, maşın metro xətti boyunca təxminən bir kilometr məsafə qət edib və həmin vaxt relslərdə yeraltı tramvayların olmaması mümkün fəlakətin qarşısını alıb.

Hadisə nəticəsində metro relslərinə və tuneldəki elektrik avadanlıqlarına ziyan dəyib. Qadın hazırda xəstəxanada müalicə alır.

Hadisə stadionla Bohum Mərkəzi Stansiyası arasında hər iki istiqamətdə metro qatarlarının təxminən beş saatlıq dayandırılması ilə nəticələnib.

P.ƏMİRCANOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью