Almaniyada qadınlar hərbi xidmətə çağırıla bilər

31.08.2025

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Almaniya Kansleri Fridrix Merts bildirib ki, Rusiyadan gələn təhdidlərə görə qadınların hərbi xidmətə çağırılmasını istisna etmir.
Yeniavaz.com
xəbər verir ki, onun sözlərini “zdfheute” nəşri yazıb.
Onun sözlərinə görə, könüllü hərbi xidmətin yeni modeli yetərli deyilsə, o zaman icbari hərbi xidmətə qayıtmaq üçün mexanizm hazırlanmalı olacaq ki, burada qadınların hərbi xidmətə çağırılması da istisna edilmir.
Eyni zamanda Merts qeyd edib ki, bu gün ölkə konstitusiyası qadınların hərbi xidmətə çağırılmasına icazə vermir, ona görə də zərurət yaranarsa, düzəlişlər edilməli olacaq.
 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью