Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. “Qarabağ” bu gün ÇL-in liqa mərhələsində son ev matçına çıxır.
Bakıda keçiriləcək “Ayntraxt”la oyuna ölkəmizdə əvvəlkilər qədər olmasa da, hər halda, maraq var.
Yenə də pablarda, restoranlarda oturmağa yer olmayacaq.Bəs Almaniyada necə, bu oyuna maraq göstərən varmı?
Bu barədə Almaniyanın Köln şəhərində yaşayan nyusmeykerimiz Şahin Əliyevdən məlumat aldıq.
Onun dediyinə görə, Kölndə bu matçdan heç xəbəri olmayanlar da var.
Səbəb isə odu ki, Almaniyada adamlar istisnasız öz şəhərinin komandasına azarkeşlik edir.
Hətta “Bavariya” oynayanda da.Frankfurtda isə hamı bu matçdan xəbərdardı.
Düzdü, “Liverpul”, “Barselona” ilə oyunlar qədər maraq yoxdu, amma hər kəs matçın Bakıda keçiriləcəyini bilir və pablarda indidən yer saxlayıblar.