Almaniyada qatar stansiyalarında spirtli içki qadağan edildi

16.10.2026

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Alman Dəmir Yolları (DB) sərnişin təhlükəsizliyini artırmaq üçün ölkə daxilində bütün qatar stansiyalarında spirtli içki istehlakını qadağan edib.

525.az Almaniya mətbuatına istinadən xəbər verir ki, qadağa bu gündəm qüvvəyə minib.

DB-nin açıqlamasında bildirilib ki, ölkə daxilində təxminən 5700 qatar stansiyasında tətbiq olunan spirtli içki qadağası sərnişin təhlükəsizliyini artırmaq və stansiyaları daha təmiz etmək məqsədi daşıyır.

Qeyd olunub ki, əvvəllər təxminən 40 əsas qatar stansiyasında tətbiq edilən qadağa müsbət nəticələr verib, tullantıların və sərnişinlər arasında münaqişələrin miqdarının azalmasına, sərnişinlər və dəmir yolu işçiləri üçün daha rahat mühit yaratmağa kömək edib.

DB tərəfindən aparılan sorğu iştirakçıların 80 faizinin qatar stansiyalarında spirtli içki istehlakının qadağan edilməsini dəstəklədiyini, yalnız 9 faizinin isə əleyhinə olduğunu göstərib.

Yeni qayda DB-nin obyekt qaydalarının bir hissəsi kimi tətbiq olunacaq. Stansiyalarda və şirkətin veb saytında dərc olunmuş qaydalara əsasən, DB təhlükəsizlik işçiləri yoxlamalar zamanı qadağanı pozanlara qarşı müdaxilə edə biləcəklər. Təkrarlanan pozuntular halında, qadağanı pozanların stansiyalara girişi qadağan edilə bilər.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью