Almaniyada qaz ehtiyatlarının kritik səviyyəyə düşüb

28.01.2026

Azpost saytına istinadən Icma.az xəbər verir.

Almaniyada qaz anbarlarının doluluq səviyyəsi kritik həddən aşağı düşüb və azalma davam edir. AzPost xəbər verir ki, bu barədə Almaniya üçün Alternativ (AfD) Partiyasının həmsədri Tino Xrupalla ölkənin enerji sektorundakı vəziyyəti şərh edərkən açıqlama verib.

Onun sözlərinə görə, Almaniya qaz böhranına çox yaxınlaşıb. Xrupalla bildirib ki, yeraltı qaz anbarlarının doluluq səviyyəsi 38 faizdən aşağı enib ki, bu da mövcud fövqəladə reaksiya planlarına əsasən artıq kritik göstərici sayılır. Siyasətçi xatırladıb ki, hətta 55 faizdən aşağı səviyyə belə rəsmi olaraq risk zonası kimi qiymətləndirilir.

AfD lideri qeyd edib ki, fevral ayının əvvəlinə olan göstəricilər “gərgin vəziyyət” kimi təsnif olunur, 40 faizdən aşağı düşdükdə isə vəziyyət kritik hesab edilir. O, Uniper enerji şirkətinin məlumatlarına istinad edərək, hazırda qaz tədarükünün təhlükəsizliyinə zəmanət verilmədiyini vurğulayıb.

Xrupalla Bavariya əyalətindəki vəziyyətə də xüsusi diqqət çəkib. Onun sözlərinə görə, bu regionda yerləşən əsas qaz anbarlarının doluluq səviyyəsi ölkə üzrə orta göstəricidən də aşağıdır. Energy Storage Initiative-in məlumatlarına əsasən, bəzi anbarlarda qaz ehtiyatlarının səviyyəsi cəmi 5 faizə qədər enib.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью