Icma.az, 525.az saytına istinadən bildirir.
Dünən Almaniyanın paytaxtı Berlində maraqlı veloyürüş təşkil olunub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, tədbirdə 700-ə yaxın velosipedçi iştirak edib.
Veloyürüşü qeyri-adi edən məqam idmançıların paltarsız olması idi. Belə ki, təşkilatçılar bununla cəmiyyətin diqqətini ətraf mühitin qorunmasına və iqlim dəyişikliyinə yönəltmək istəyiblər. Brandenburq qapıları, Reyxstaqın binası önündən keçən idmançılar Berlinin mərkəzi küçələri ilə ümumilikdə 33 km məsafə qət ediblər.
Yeri gəlmişkən, bu tip veloyürüşlər dünyanın müxtəlif şəhərlərində 2001-ci ildən keçirilir. Berlində isə ilk dəfədir ki, təşkil olundu.
L.Tağıyeva