Almaniyada rekord

23.05.2026

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Almaniya vətəndaşlığı almış əcnəbilərin sayı bir ildə ilk dəfə 300.000-i keçib

Azpost.info bildirir ki, bu barədə Almaniyanın “Welt am Sonntag” qəzeti 16 federal əyalətdən 14-ünün 2025-ci il üçün statistik göstəricilərinə istinadən məlumat yayıb.

Bu, 25 illik rekord göstəricidir. Hesablamaya Meklenburq-Yuxarı Pomeraniya və Saksoniya-Anhaltın məlumatları daxil deyil. AFP-nin məlumatına görə, 2024-cü ildə 291.955 əcnəbiyə Almaniya pasportu verilib.

Ən çox vətəndaşlığa qəbul edilənlər Suriya vətəndaşları olub. Ardınca Türkiyə vətəndaşları gəlir. Üçüncü yerdə Rusiya vətəndaşlarıdır.  Nəşr vurğulayır ki, hələlik bütün məlumatlar toplanmayıb və təhlillər davam edir.

Lakin bir nümunəyə istinad mənzərəni göstərir: Şimali Reyn-Vestfaliyada 3841 rus əsilli şəxs Almaniya vətəndaşlığını alıb ki, bu da əvvəlki illə müqayisədə 67,4% artım deməkdir.

Artımın səbəbləri arasında birincisi 2015-2016-cı illərdə baş verən miqrasiya böhranı zamanı Almaniyaya gələnlərin vətəndaşlıq almaq üçün son tarixin bitməsi gəlir. İkincisi, əvvəlki hökumət tərəfindən qəbul edilən qanunvericiliyin liberallaşdırılması yer alır. Mövcud hakim koalisiyadakı bəzi mühafizəkarlar Almaniya vətəndaşlığını almaq üçün şərtlərin sərtləşdirilməsinin zəruri olduğunu düşünürlər.
Almaniyanın bir çox şəhər və bələdiyyələri yeni vətəndaşlıq müraciətlərinin sayında azalma olduğunu bildirsələr də, eyni zamanda başqa bir buma hazırlaşırlar: 2027-ci ildə bir çox ukraynalı Almaniya pasportu ala biləcək. Bu, Rusiyanın Ukraynaya hücumundan sonra gələn qaçqınların ilk dalğasının tələb olunan beş illik yaşayış müddətinə çatması və bundan sonra vətəndaşlıq üçün müraciət edə bilmələri ilə bağlıdır.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью