Icma.az, Banco.az portalına istinadən məlumat verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada rəqəmsal dövlət hesablarına kiberhücum cəhdi.
Banco.az xəbər verir ki, Almaniyada xakerlər federal hökumətin rəqəmsal dövlət xidmətlərinə çıxış üçün istifadə etdiyi mərkəzləşdirilmiş şəxsiyyət təsdiqləmə sistemi “BundID”dəki istifadəçi hesablarına qarşı genişmiqyaslı kiberhücum cəhdi həyata keçiriblər.
Almaniyanın “Handelsblatt” qəzetinin məlumatına görə, Federal İnformasiya Texnologiyaları Təhlükəsizliyi İdarəsinin (BSI) nümayəndəsi “BundID” hesablarının hücum hədəfinə çevrildiyini təsdiqləyib.
Hücum edənlərin çoxsaylı istifadəçi hesablarına daxil olmağa çalışdığını bildirən nümayəndə qeyd edib: “Bu, ‘BundID’ hesablarına avtomatlaşdırılmış və kütləvi giriş cəhdlərinə səbəb olub. Uğursuz giriş cəhdləri hesabların bloklanması, avtomatik elektron məktubların göndərilməsi və hesab sahiblərindən şifrələrini sıfırlamalarının tələb edilməsi ilə nəticələnib”.
Bizi sosial şəbəkələrdən izləyin!!