Almaniyada sağçı ekstremist terror qrupunun 5 üzvü saxlanılıb

21.05.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Berlin, 21 may, AZƏRTAC

Almaniyanın Meklenburq-Ön Pomeraniya, Brandenburq və Hessen əyalətlərində terrorçuluq fəaliyyətlərində şübhəli bilinən şəxslərin saxlanılması ilə bağlı əməliyyat keçirilib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Federal Kiriminal Polis İdarəsinin (BKA) keçirdiyi əməliyyat nəticəsində ifrat sağçı “Son Müdafiə Dalğası” (Letzte Verteidigungswelle) qrupunun beş üzvü saxlanılıb. Onların ikisinin 15 yaşında olduğu bildirilir.

Saxlanılan şəxslərə qarşı terror aktları törətmək və ya planlaşdırmaq ittihamı irəli sürülüb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью