Almaniyada seçki məntəqələri açılıb

23.02.2025

Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.

Almaniyada növbədənkənar parlament seçkiləri üçün seçki məntəqələri açılıb.

Bu barədə RİA Novosti xəbər verir.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb və on saat açıq olacaq.

Seçicilər iki səs verəcəklər: biri birbaşa mandat üçün – dairədən namizədə, ikincisi isə siyahıdan ayrı yerdə seçkiyə buraxılmış partiyalardan birinə veriləcək.

Rəsmi məlumatlara görə, Almaniyada 59,2 milyon insan səsvermə hüququna malikdir.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью