Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var

29.06.2026

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Almaniyanın Stade şəhərində yerləşən gənclərin sosial dəstək mərkəzində baş verən silahlı hücum nəticəsində azı 5 nəfər ölüb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı daha bir neçə nəfər yaralanıb.

Məlumata görə, polis hadisədən dərhal sonra genişmiqyaslı əməliyyata başlayıb. Hücumla əlaqədar iki nəfər saxlanılıb. Onlardan birinin atəşi açan şəxs olduğu ehtimal edilir. Hazırda hadisənin motivi araşdırılır.

Hüquq-mühafizə orqanları əraziyə nəzarətin tam bərpa olunduğunu və əhali üçün əlavə təhlükənin olmadığını açıqlayıb. Bununla yanaşı, istintaq tədbirləri davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью