Almaniyada silahlı hücum: Ölənlər var

08.01.2025

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Almaniyanın Heilbronn bölgəsindəki Bad Friedrichshall şəhərində baş verən silahlı hücumda 2 nəfər ölüb, 1 nəfər ağır yaralanıb. Hadisədən sonra əraziyə polis qrupları sövq edilib.

Gununsesi.info xarici KİV- ə istinadən xəbər verir ki, Almaniyanın Heilbronn bölgəsindəki Bad Friedrichshall şəhərindəki maşınqayırma şirkətində baş verən silahlı hücumda 2 nəfər həyatını itirib, 1 nəfər isə ağır yaralanıb.

Alman mətbuatında yer alan məlumata görə, şirkətə hücum edən şəxs maskalı olub.

Hücum edən şəxsin hadisə yerindən qaçdığı və polis tərəfindən axtarıldığı bildirilib. Hücumun səbəbi hələlik məlum deyil.

Günel Həsənova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью