Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Almaniyada ötən il ümumi sosial ödənişlərdə qocalıq və xəstəlik xərclərinin payı təxminən 70 faiz olub və bu da sosial müdafiə büdcəsini tarixi rekord səviyyəyə çatdırıb.
Münhendə yerləşən İqtisadi Tədqiqatlar İnstitutu (Ifo) federal xərclərdəki struktur dəyişikliyini açıqlayan "Rifah Dövlətinin Genişlənməsi: 1992-2025-ci illər üçün Almaniya Sosial Büdcəsi" adlı yenilənmiş təhlilini yayımlayıb.
Təhlilə görə, 1992-ci ildən bəri rifah xərclərinin real artımının 80 faizindən çoxu birbaşa qocalıq və xəstəlik maddələrindən qaynaqlanıb. Əhalinin yaşlanması və sosial dövlətin yükünün nəsillər arasında tarazlaşdırılmasının getdikcə çətinləşməsi ilə yanaşı, təhlillər həmçinin rifah dövlətinin iqtisadi böhran dövrlərində avtomatik stabilizator kimi fəaliyyət göstərdiyini ortaya qoyub.
Təhlillərə görə, qiymət tənzimlənmiş sosial xərclər 2019-2025-ci illər arasında 11,5 faiz (təxminən 104 milyard avro) artmışdır. Bu dövrdə sosial büdcənin ümumi daxili məhsula faizi 29,6 faizdən 32 faizə yüksəlib.
Sosial müdafiə xərclərinin bu artımının əsas səbəbləri yaşlı əhali üçün səhiyyə və qayğı sığortasına əlavə xərclər və federal büdcədən yüksək pensiya ödənişləri olmuşdur.
Tədqiqatçı Emili Hoeslinger məsələ ilə bağlı qiymətləndirməsində sosial büdcənin ümumi daxili məhsuldan daha sürətli böyüdüyünü qeyd edərək bildirib ki, «Milli iqtisadiyyatın zəif göstəriciləri də sosial büdcənin ümumi milli gəlirdə payının artmasına birbaşa təsir göstərir".
M.MİRZƏ
XQ