Konkret.az saytına istinadən Icma.az xəbər verir.
Almaniyada sovet və Şərqi Almaniya (ADR) liderlərinin adını daşıyan küçələrin yenidən adlandırılması məsələsi yenidən müzakirə edilir.
KONKRET.az xəbər verir ki, ölkənin şərq hissəsində hələ də Lenin, Pik və Qrotevol adlarını daşıyan küçələr mövcuddur.
Bundestaqın repressiya qurbanları üzrə səlahiyyətlisi Evelin Tsupke hesab edir ki, bu cür adlar müasir Almaniyanın dəyərlərinə uyğun deyil və onların ADR diktaturasına qarşı mübarizə aparmış şəxslərin adları ilə əvəzlənməsinə çağırır.
Ağagül Mürsəlov,
KONKRET.az