Almaniyada sovet küçə adlarının dəyişdirilməsi təklif olunur

08.12.2025

Dogru.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniyada sovet dövrünə aid küçə adlarının dəyişdirilməsi məsələsi gündəmə gəlib.

Doğru.az xəbər verir ki, “Bild” nəşri Bundestaqın SED rejiminin qurbanları üzrə komissarı Evelin Zupkenin bu təkliflə çıxış etdiyini yazıb.

Zupke “tarixi yaddaşa” istinad edərək bildirib ki, Almaniyanın birləşməsindən 35 il sonra küçələrin Lenin, Otto Qrotevol və Vilhelm Pikin adını daşıması düzgün deyil:
“Küçə adı bu gün demokratik cəmiyyətimizdə minnətdarlığın ifadəsidir”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Şərqi Almaniya ərazisində hələ də sovet və ADR liderlərinə həsr olunmuş yer adları mövcuddur. Komissar hesab edir ki, bu adlar Şərqi Almaniya rejiminə qarşı mübarizə aparan şəxslərin xatirəsinə dəyişdirilməlidir.

Artıq bəzi şəhərlərdə, o cümlədən Yerixoda dəyişiklik prosesi başlayıb. Lakin “Almaniya üçün Alternativ” partiyasının yerli təşkilatı bu qərara məhkəmədə etiraz etməyə çalışır.

Qeyd edək ki, bundan əvvəl Kiyevdə “derussiya” siyasəti çərçivəsində on küçənin adının dəyişdirilməsi barədə qərar qəbul edilib.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью