Almaniyada su qıtlığı

03.08.2026

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Almaniyanın 100-də çox şəhər və əyalətində sudan istifadəyə müəyyən məhdudiyyətlər tətbiq edilir.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb anomal istilər və çaylarda, su hövzələrində suyun azalmasıdır.

Bu qış və yazda yağıntının az olması çaylarda suyun səviyyəsinin enməsinə gətirib çıxarıb. Üstəlik, bir müddətdir davam edən isti hava şəraiti də məhdudiyyətlərin tətbiqini qaçılmaz edib.

Məsələn, Münhendə həyətlərdəki su hovuzlarının doldurulması, bağçaların suvarılması, avtomobillərin yuyulması qadağandır. Hannoverdə isə havanın temperaturu 27 dərəcədən artıq olarsa, həyətyanı yaşıllıq sahələrini sulamaq yasaqlanıb. Hətta bəzi yerlərdə kənd təsərrüfatı sahələrini suvarmağa belə məhdudiyyətlər qoyulub. Belə ki, çaylar və göllərdən suyun xüsusi nasoslarla vurulmasına icazə dayandırılıb.

Qeyd edək ki, bu yay Avropanı ağuşuna alan anomal istilər üzündən Avropanın bir sıra ölkələrində də suyun istifadəsinə məhdudiyyətlər tətbiq olunur. Onların arasında Fransa, Böyük Britaniya, İsveçrə də var.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью