Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Almaniyanın Dormagen şəhəri yaxınlığında şübhəli raket buraxılış qurğuları aşkarlanıb.
Turkustan.az xəbər verir ki, qurğuların enerji şirkəti RWE-yə məxsus yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında tapıldığı bildirilir.
RWE-nin açıqlamasına görə, təhlükəsizlik qüvvələri cümə axşamı axşam saatlarında Neurath Elektrik Stansiyasının şimal-şərqində yerləşən yarımstansiya ərazisində şübhəli raket buraxıcı qurğular aşkar edib. Hadisə barədə dərhal şirkətin rəhbərliyinə məlumat verilib.
Şirkət bildirib ki, sözügedən ərazidən keçən yüksək gərginlikli elektrik xətləri RWE Power şirkətinə məxsusdur. Aşkarlanan qurğularla bağlı vəziyyət elektrik stansiyasının fəaliyyətinə hər hansı maneə yaratmayıb.
Hadisədən sonra RWE ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib.
Aytən Yaşar/ Turkustan.az