Almaniyada təbii qaz ehtiyatları rekord həddə düşüb

08.09.2026

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Almaniyada təbii qazın saxlandığı qaz anbarları yarıya kimi boşalıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Initiative Energien Speichern (INES) birliyi məlumat yayıb.

Hazırda anbarların 50,2 faizi doludur ki, bu da statistika aparıldığı 2001-ci ildən bəri ən aşağı göstəricidir. Maraq üçün qeyd edək ki, ötən ilin bu vaxtı bu rəqəm 67,4 faiz idi.

Yay mövsümündə bu qədər azalmanın səbəbi ABŞ ilə İran arasında olan münaqişədən dolayı neft və təbii qazın qiymətinin artmasıdır. 
INES-nin icraçı direktoru Sebastyan Haynermannın sözlərinə görə, bu ilə kimi yay aylarında təbii qaz ucuz olurdu və qışa tədarük məqsədilə anbarlar doldurulurdu. Bu il isə qiymətlərin kəskin artması qaz alışını mənfəətli etməyib.

Qeyd edək ki, Avropa komissiyasının tələbinə görə noyabrın 1-ə kimi qaz anbarlarının azı 70 faizi doldurulmalıdır. İndiki halda INES-in bunu necə edəcəyi bəlli deyil.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью