Almaniyada təklif: pensiya yaşı 73 olsun!

06.10.2025

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Almaniyada pensiya yaşı 73-ə çatdırıla bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

Nəşr yazır ki, Almaniya federal hökumətinin elmi məşvərət şurası demoqrafik meyilləri nəzərə alaraq pensiya yaşının mərhələli şəkildə 73-ə çatdırılmasını təklif edib.

Dörd alman iqtisadçısının daxil olduğu elmi məsləhət qrupu öz hesabatında pensiya sistemində təcili islahatların aparılmasını tələb edir.

Qeyd edək ki, Almaniyada pensiya yaşı hazırda 65-dir, lakin 2031-ci ilə qədər 67-yə yüksəldilməsi planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью