525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Almaniyanın Saksoniya-Anhalt bölgəsində 2022-ci ildən indiyə kimi 80-dən çox ukraynalı hərbçi təlimlər zamanı hərbi hissələri özbaşına tərk edib.
525.az Almaniya mətbuatına istinadən xəbər verir ki, ölkə üzrə ümumilikdə yüzlərlə belə fakt qeydə alınıb.
Hərbi hissələri özbaşına tərk edənlərin əksəriyyəti orduya yeni çağırılanlardır. Ukrayna qanunlarına görə bu cür davranış fərarilik hesab olunur və belələrini 12 il həbs cəzası gözləyir.
Qeyd edək ki, Almaniyada fərari hesab olunanlara qaçqınlar üçün nəzərdə tutulmuş heç bir imtiyaz şamil deyil.
L.Tağıyeva