Almaniyada terror aktı qurbanlarının sayı artdı

06.01.2025

Icma.az, Manset portalına istinadən məlumat verir.

2024-cü il dekabrın 20-də Almaniyanın Maqdeburq şəhərində törədilən terror aktının qurbanlarının sayı 6 nəfərə çatıb.

Manset.az xarici mediaya istinadən xəbər verir.

Naumburq prokurorluğunun nümayəndəsinin jurnalistlərə verdiyi məlumata görə, hücum nəticəsində 52 yaşlı qadın həyati təhlükəsi olmayan xəsarətlər alıb. Zərərçəkən yanvarın 6-da xəstəxanada ölüb.

Dekabrın 20-də yüksək sürətlə hərəkət edən avtomobil Almaniyanın Maqdeburq şəhərində Milad bazarında kütlənin üzərinə sürüb.

Saksoniya-Anhalt federal əyaləti hökumətinin rəsmi nümayəndəsi Matias Şuppe hadisəni terror aktı adlandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью