Almaniyada təyyarə qəzaya uğradı Xəsarət alanlar var

30.12.2024

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Almaniyanın Ştutqart şəhərində birmühərrikli kiçik təyyarə qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, 77 yaşlı pilotun “Cessna” markalı təyyarəni hava limanına endirmək cəhdi qatı duman səbəbindən uğursuz olub. Qəza nəticəsində pilot yüngül, 70 yaşlı sərnişini isə ağır xəsarət alıb.

Hadisə ilə əlaqədar hava limanında uçuş əməliyyatları saat yarım ərzində dayandırılıb. Qəzanın baş verdiyi əraziyə ümumilikdə 20-dək xilasetmə və yanğınsöndürmə briqadası və polis qüvvələri cəlb olunub, araşdırma aparılır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью