Almaniyada turistləri daşıyan avtobus aşıb ölənlər var

28.09.2026

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünən səhər Almaniyada filippinli turistləri Oktoberfest pivə festivalına aparan avtobus qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Bavariya şosesində baş verib.

Bavariya baş polis idarəsindən verilən məlumata görə, turist şirkəti icarəyə götürdüyü avtobusla 50 filippinli turisti Münhenə aparırmış. Ostalqoy rayonunda, Buxloe adlı ərazidə başqa avtomobillə toqquşmamaq üçün qəfil manevr edən avtobus yoldan çıxaraq aşıb. 2 turist hadisə yerində dünyasını dəyişib. Əksəriyyət xəsarət alıb. Onlardan 8-i ağır yaralanıb.

Qeyd edək ki, qəzadan sonra yolda hər iki istiqamətdə hərəkət bir müddət dayanıb.

L Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью