Almaniyada üç partlamamış bomba aşkar edildi

04.06.2025

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Almaniyanın Köln şəhərinin Deutz rayonunda İkinci Dünya müharibəsindən qalma üç partlamamış bomba tapılıb.

"Cebheinfo.az" xəbər verir ki, səlahiyyətlilər şəhərin tarixində ən böyük təxliyə əməliyyatının başlayacağını açıqlayıb. 

20 minə yaxın insanın təxliyədən təsirlənəcəyi bildirilir.Deutzer Verft yaxınlığında tapılan bombalar zərərsizləşdirilərkən, ərazidəki çoxsaylı dövlət qurumları, xəstəxanalar, məktəblər, uşaq baxçaları, muzeylər, körpülər, qatar stansiyaları və özəl müəssisələr müvəqqəti olaraq bağlanacaq. Nəqliyyatda böyük fasilələr gözlənilir.

WDR Simfonik Orkestrinin konserti ləğv edilib, Lanxess Arenada keçirilməsi planlaşdırılan "Teddy Teclebrhan" şousu isə bazar gününə qədər təxirə salınıb.

Tarixi meriyada keçirilməsi planlaşdırılan 15 toy mərasimi ləğv edilməyib və Porz rayonuna köçürülüb.Səlahiyyətlilər Kölndəki qərargahdakı işçilərə evdən işləməyi tapşırıb, bəzi televiziya kanallarının isə müvəqqəti olaraq Berlindən canlı yayımı bərpa etdiyi bildirilir.

Səlahiyyətlilər evakuasiya planlarına və bütün xəbərdarlıqlara əməl edilməli olduğunu vurğulayıblar.Əməliyyatın müddəti ilə bağlı hələlik dəqiq açıqlama verilməyib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью