Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Almaniya və Amerika müştərək müdafiə şirkəti “Auterion” ukraynalı tərəfdaşı “Airlogix” ilə birlikdə Ukrayna üçün uzaqmənzilli kamikadze dronlarının kütləvi istehsalına start verib.
Münhen yaxınlığında yerləşən istehsalat sahəsində ümumilikdə 5 mindən çox PUA hazırlancaq.
DPA agentliyinin yaydığı xəbərə görə, artıq ilk pilotsuz uçuş aparatları konveyerdən çıxıb. Almaniya hökumətinin maliyyələşdirdiyi bu layihə çərçivəsində sifarişin 2027-ci ilin ortalarınadək tam yekunlaşdırılması gözlənilir. Sənaye dairələrindən sızan məlumatlara əsasən, müqavilənin ümumi dəyəri təxminən 300 milyon avro təşkil edir. İstehsal olunan texnika Berlinin Kiyevə göstərdiyi hərbi dəstək paketləri çərçivəsində cəbhəyə göndəriləcək.
Cari ilin fevral ayında təsis edilən birgə müəssisə gələcəkdə fəaliyyət dairəsini genişləndirməyi planlaşdırır. Hərbi sirr olaraq saxlanılan Münhen yaxınlığındakı obyektdən başqa, ölkənin şərqində ikinci istehsalat sahəsinin açılması da nəzərdə tutulur.
Layihə çərçivəsində iki fərqli PUA modelinin hazırlanması planlaşdırılır. Modellərdən biri orta məsafəli tapşırıqlar üçün, digəri isə 1500 kilometrədək məsafədəki hədəfləri vurmaq üçün nəzərdə tutulub. Əməkdaşlıq şərtlərinə əsasən, “Auterion” tərəfi proqram təminatı və əməliyyat sistemini, “Airlogix” isə cihazların gövdə və aparat hissəsini təmin edir.
Beləliklə, Berlinin maliyyə dəstəyi ilə həyata keçirilən bu layihə Ukraynanın uzaqmənzilli zərbə imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Münhen yaxınlığında yerləşən istehsalat sahəsində ümumilikdə 5 mindən çox PUA hazırlancaq.