Almaniyada uşaqlar Halloween üçün aldıqları konfetlərdə iynələr tapıblar

02.11.2026

Icma.az bildirir, Oxumeni.az portalına istinadən.

Almaniyada uşaqlar Halloween üçün aldıqları konfetlərdə iynələr tapıblar

Almaniyada Halloween şənlikləri zamanı uşaqlara verilən konfetlərdə xarici metal əşyalar tapılıb. Oxuməni.az xəbər verir ki, bununla bağlı Tagesschaunun məlumatına görə,, bu cür hallar ölkənin cənub-qərbindəki bir neçə şəhərdə qeydə alınıb.

Polisin məlumatına görə, Filderstadt-Bonlanden şəhərində iki ailə konfet batonlarında iynələr tapıb. Hakimiyyət orqanları Rielasingen-Worblingen şəhərində hansı xarici əşyanın tapıldığını dəqiqləşdirməyib.

Oxşar hadisələr Bavariya əyalətində də qeydə alınıb. Bəzi saqqız və şokolad batonlarında boltlar tapılıb. Nürnberq və Noyburqda uşaqlar bir neçə halda şokolad batonlarında iynələr tapıblar.

Valideynlər tapıntıları polisə bildiriblər. İstintaq davam edir. Məlumata görə, heç kim xəsarət almayıb.

Hüquq-mühafizə orqanları əməkdaşları valideynlərə uşaqların Halloween üçün topladıqları bütün konfetləri yeməyə icazə verməzdən əvvəl diqqətlə yoxlamağı tövsiyə edirlər.

Lakin bu hadisələr geniş yayılmayıb. Bəzi şəhərlərdə sakinlər oxşar hadisələr barədə məlumat veriblər, lakin onlar təsdiqlənməyib.

Əziz Mustafa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью