Almaniyada Volkswagen işçiləri etiraz edir

10.12.2024

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

Almaniyada "Volkswagen" zavodlarının işçiləri istehsalı azaltmaq planlarına görə ikinci xəbərdarlıq tətilinə başlayıblar.

Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, hazırda “Volkswagen”in doqquz zavodunda tətillər keçirilir.

Qeyd edilir, Braunşveyq şəhərində təxminən 2,7 min zavod işçisi tətildə iştirak edir.

Dünyanın ən böyük avtomobil şirkətlərindən biri olan “Volkswagen” satışları azaldıqdan sonra şirkət xərcləri azaltmaq üçün bəzi fabriklərin bağlanması barədə qərar qəbul edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью