Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq. Almaniyada xaricdə qazanılmış və ölkə daxilində tanınmış peşə ixtisaslarının sayı 2024
Ötən il 79,1 min belə müraciət müsbət cavablandırılıb. Bu, 2023-cü illə müqayisədə 21 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Federal Statistika İdarəsinin (Destatis) məlumatında qeyd olunub.
Qeyd edək ki, 2016-cı ildən etibarən həm federal, həm də əyalət qanunvericiliyi çərçivəsində həyata keçirilən tanınma prosedurlarının birgə qeydiyyatı aparıldıqdan sonra müraciətlərin sayı üç dəfədən çox artıb.
Xaricdə əldə olunmuş peşə ixtisaslarının tanınması üçün müraciətlərin ümumi sayı 2024-cü ildə rekord həddə - 95 min 500-ə çatıb.
Bu müraciətlərdən 81 min 900-ü üzrə qərar qəbul edilib. Həmin qərarların 97 faizi müsbət, yalnız 3 faizi mənfi olub.
Müraciətlərin 71 mini 2024-cü ildə təqdim edilmiş yeni ərizələrə aid olub.
Müsbət qərar verilmiş müraciətlərin 87 faizi Avropa iqtisadi bölgəsinə aid olmayan ölkələrdə əldə edilmiş peşə ixtisaslarına aiddir.