Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniyanın şimalında, Lüdviqslust şəhərində xəstəxanada baş vermiş yanğın nəticəsində azı 34 nəfər xəsarət alıb, 2 nəfər isə ölüb.
Bu barədə BILD agentliyi yerli polisə istinadən məlumat yayıb.
Hazırda xəstələrin və tibbi personalın binadan təxliyəsi həyata keçirilir. Səbəbi hələ ki, naməlum qalan yanğının təxminən saat 04:28-də (Bakı vaxtı ilə 06:28-də - red.) radiologiya şöbəsinin yerləşdiyi binanın çardaq hissəsində başladığı güman edilir.
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.