Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Almaniyada yanacağın qiymətinin artması fonunda oğurluq halları artıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yanacaqdoldurma Stansiyaları Operatorlarının Maraqlarını Müdafiə Assosiasiyası məlumat yayıb.
Məlumatda əsasən gecə vaxtları bəzi sürücülərin ödəniş etmədən ərazidən uzaqlaşdıqları bildirilir. Bu üzdən bəzi stansiya rəhbərləri gecələr benzin satmaqdan imtina edirlər. Bir çoxları isə əlavə nəzarətçi təyin etmək məcburiyyətində qalırlar. Məlumatda həmçinin, oğurluq edənlərin əsasən gənclər və yaşlılar olduğu qeyd olunur.
Yeri gəlmişkən, hazırda Almaniyada "Euro 95" markalı benzinin 1 litri 2,31 avro, dizel yanacağı isə 2,41 avrodur.
L.Tağıyeva