Almaniyada yaralananlardan ikisi Türkiyə vətəndaşıdır

21.12.2024

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Almaniyanın Maqdeburq şəhərində təşkil olunan Milad bazarında avtomobil izdihamın üzərinə sürülüb. Nəticədə 11 nəfər ölüb, 80-ə yaxın insan xəsarət alıb.

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, hadisədə yaralanan şəxslərdən ikisi Türkiyə vətəndaşıdır.

Bildirilir ki, onların xəstəxanada müalicəsi davam edir və həyati təhlükələri yoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью