Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 2 fevral, AZƏRTAC
Almaniyada yaşayan yeniyetmə azərbaycanlı cüdoçu Ömər Siracov növbəti uğura imza atıb.
AZƏRTAC-ın məlumatına görə, 2016-cı il təvəllüdlü idmançı yanvarın 31-də regionlar arasında təşkil olunan cüdo turnirində bütün rəqiblərinə qalib gələrək, birinci yerə layiq görülüb. O, final görüşündə nümayiş etdirdiyi yüksək texnika və əzmkarlıqla diqqət mərkəzinə düşüb.
Ömər Siracov təkcə Almaniyada keçirilən yarışlarda deyil, həmçinin Niderlandda müxtəlif illərdə təşkil olunan turnirlərdə də uğurla çıxış edərək, üç bürünc medal qazanıb. Onun ardıcıl nailiyyətləri Azərbaycan idmanının beynəlxalq arenada tanınmasına töhfə verir.
Mütəxəssislər gənc cüdoçunun gələcəkdə daha böyük uğurlara imza atacağına inandıqlarını bildirirlər.