Almaniyada yaşayan azərbaycanlı cüdoçu növbəti uğurunu qazanıb

27.04.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 27 aprel, AZƏRTAC

Almaniyada yaşayan azərbaycanlı yeniyetmə cüdoçu Ömər Siracov növbəti uğura imza atıb.

AZƏRTAC-ın məlumatına görə, 2016-cı il təvəllüdlü idmançı Dormagen şəhərində keçirilən 15-ci şəhər çempionatında bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Ömər Siracov təkcə Almaniyada keçirilən yarışlarda deyil, həmçinin Niderlandda müxtəlif illərdə təşkil olunan turnirlərdə də uğurla çıxış edərək, medallar qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью