Almaniyada yaşlı sürücü maşını piyadaların üzərinə sürdü

06.06.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Almaniyanın şimalındakı Fridrixstadt (Şlezviq-Holşteyn federal ərazisi) şəhərində bazar meydanında sürücünün avtomobili piyadaların üstünə sürməsi nəticəsində beş nəfər xəsarət alıb.

Axar.az xəbər verir ki, bu barədə RTL telekanalı məlumat yayıb.

Zərərçəkənlərin heç birinin vəziyyəti ağır deyil.

İlkin məlumatlara görə, 70 yaşlı sürücü səhhətində yaranan qəfil problem səbəbindən idarəetməni itirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью