Almaniyada yeni kansler qadın ola bilər

23.12.2024

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

Almaniya kansleri postuna namizədlərin populyarlıq reytinqinə Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Elis Vaydel başçılıq edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti İctimai Rəyin Öyrənilməsi İnstitutunun (INSA) keçirdiyi sorğunun nəticələrinə istinadən məlumat yayıb.
Respondentlərin 24%-i Veydelə səs verib ki, bu da ötən həftə ilə müqayisədə 3% çoxdur. Xristian Demokrat İttifaqının rəhbəri Fridrix Mersi respondentlərin 20%-i dəstəkləyib. Almaniyanın hazırkı kansleri Olaf Şolts cəmi 15% toplayıb. İqtisadiyyat naziri və Yaşılların namizədi Robert Habek 14% səs toplayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью