Icma.az bildirir, Azertag portalına istinadən.
Berlin, 11 avqust, AZƏRTAC
Almaniyada aparılan son rəy sorğusu ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının reytinqinin artmaqda olduğunu göstərir.
AZƏRTAC xəbər verir ki, INSA təşkilatının “Bild” qəzetinin sifarişi ilə keçirdiyi son ictimai rəy sorğusunun nəticələrinə əsasən AfD-ni dəstəkləyənlərin sayı 28,5 faizə yüksəlib. Partiya bu nəticə ilə Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı (CDU/CSU) blokunu düz 8 faiz qabaqlayır. Rəyi soruşulanların 13 faizi Yaşıllar Partiyasını, 12,5 faizi isə CDU/CSU-nun koalisiya hökumətindəki tərəfdaşı Sosial Demokratlar Partiyasını (SPD) dəstəklədiyini bildirib. Sol Partiyanı dəstəkləyənlərin sayı 11,5 faiz, Azad Demokratlar Partiyasının reytinqi isə 4,5 faiz olub.
Siyasətçilərin reytinqinə isə Almaniyanın hazırkı müdafiə naziri Boris Pistorius (SPD, 4,9 bal) liderlik edir. Onu Yaşıllar Partiyasından Baden-Vürtemberq əyalətinin Baş naziri, türk əsilli Cem Özdemir (4,4 bal) və Şimali Reyn-Vestfaliya əyalətinin Baş naziri Hendrik Vüst (CDU) izləyirlər. Kansler Fridrix Merts 2,6 balla bu siyahıda 20-ci olub.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin