Almaniyada yolnəqliyyat hadisəsi nəticəsində 5 nəfər həlak olub AZƏRTAC

09.01.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Berlin, 9 yanvar, AZƏRTAC

Almaniyanın Aşağı Saksoniya əyalətində axşam saatlarında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Seledsberq şəhəri yaxınlığında böyük və kiçik tonnajlı iki yük avtomobilinin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsi yanıb. Yanğına avtomobillərdən birinin çəninin deşilməsi nəticəsində dizel yanacağının alovlanmasının səbəb olduğu ehtimal edilir.

Qəzanın səbəbləri və həlak olanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparılır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью