Almaniyada yük qatarı relslərdən çıxaraq aşdı KONKRET

22.11.2024

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində yük qatarı relslərdən çıxaraq aşıb.

KONKRET.az xəbər verir ki, hadisə nəticəsində 4 sərnişin yaralanıb.

Hadisə nəticəsində 10 vaqon və bir ədəd lokomotiv relslərdən çıxıb. Qəzadan sonra rəsmilər Köln-Axen dəmiryolu xəttinin bir neçə gün müddətinə bağlanmasına qərar verib.

Əraziyə xilasedicilər cəlb olunub.

Qeyd edək ki, sözügedən dəmiryolu xətti ilə qatarlar Almaniya ərazisindən keçməklə Brüsselə istiqamətlənir.//APA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью