Almaniyada yük qatarı relslərdən çıxaraq aşıb

22.11.2024

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində yük qatarı relslərdən çıxaraq aşıb.

APA "stern.de" portalına istinadən xəbər verir ki, hadisə nəticəsində 4 sərnişin yaralanıb.

Hadisə nəticəsində 10 vaqon və bir ədəd lokomotiv relslərdən çıxıb. Qəzadan sonra rəsmilər Köln-Axen dəmiryolu xəttinin bir neçə gün müddətinə bağlanmasına qərar verib.

Əraziyə xilasedicilər cəlb olunub.

Qeyd edək ki, sözügedən dəmiryolu xətti ilə qatarlar Almaniya ərazisindən keçməklə Brüsselə istiqamətlənir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью