Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Almaniyada “Gen Z regelt” gənclər hərəkatı yeni kütləvi etirazlara hazırlaşır.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, hərəkat 34 şəhərdə aksiya keçirəcəyini elan edib.
Hərəkatın bəyanatında bildirilib ki, əsas tələblər icbari hərbi xidmətin bərpasından imtina, sosial sahələrə investisiya və bahalaşmaya qarşı tədbirlərin görülməsindən ibarətdir.
“Gələcəyimizin bizsiz həllini izləmək istəmirik. Təhsil, səhiyyə, iqlim və əlverişli mənzil üçün küçəyə çıxırıq”, - bəyanatda vurğulanıb.
Xatırladaq ki, 31 oktyabrda 30-dan çox şəhərdə keçirilən aksiyalar iğtişaşla bitmişdi. Berlində 27 polis yaralanmış, Hamburqda barrikadalar yandırılmış, Frankfurt-Maynda mağazalar talan edilmişdi.
Gülşən Şərif