Almaniyadakı seçkilərdə 19 türk əsilli namizəd millət vəkili seçilib | Icma.az
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq. Almaniyada keçirilən növbədənkənar federal seçkilər Xristian Birlik (CDU/CSU) ittifaqının qələ
19 türk əsilli namizəd isə müxtəlif partiyalardan millət vəkili olub. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Təxminən 59,2 milyon seçicinin səsvermə hüququna malik olduğu erkən ümumi seçkilərdə səsvermə yerli vaxtla saat 18:00-da başa çatıb.
Seçici fəallığı 84 faizə çatıb ki, bu da 1990-cı ildən bəri ən yüksək səviyyədir.
Seçki Şurası ümumi seçkilərin müvəqqəti rəsmi nəticələrini açıqlayıb.
Müvafiq olaraq, Xristian Demokratik Birlik Partiyası (CDU) və onun Bavariya əyalətində təşkil edilən qardaş partiyası Xristian Sosial Birlik Partiyasından (CSU) ibarət olan CDU/CSU seçkiləri 28,6 faiz səslə öndə tamamlayıb.
İfrat sağçı populist “Almaniya üçün Alternativ” (AfD) partiyası əvvəlki seçkilərdən 10,4 bənd çox, 20,8 faiz səslə ikinci yerdədir.
Sosial Demokrat Partiyası (SPD) 16,4 faiz səslə üçüncü, Yaşıllar Partiyası isə 11,6 faiz səslə dördüncü yerdədir.
Tam oxu
Xəbəri oxu