Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan geri qəbul edilib.
Bu barədə Avtosfer.az Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.