Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır. Ötən ilin ilk 11 ayı ərzində Azərbaycandan xaricə ümumi dəyəri 6 milyon 466,4 min dolla
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yumurta ixracı 6 ölkəyə - ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Qambiya, Qətər
Açıqlanan məlumatlardan da göründüyü kimi, ixrac olunan yumurtanın bir ədədinin orta gömrük dəyəri 7,2 sent (12,2 qəpik) olub.
Ötən ilin ilk 11 ayında yumurta Azərbaycandan xarici ölkələrə aşağıdakı qiymətə ixrac edilib: ABŞ – 33 milyon 499,44 min ədəd (bir ədədinin orta gömrük dəyəri 14,4 qəpiyə); Birləşmiş Ərəb Əmirlikləri – 54 milyon 527,76 min ədəd (10,8 qəpiyə); Qambiya – 898,56 min ədəd (10,4 qəpiyə); İraq – 360 min ədəd (9,9 qəpiyə); Qətər – 360 min ədəd (14,4 qəpiyə); Syerra-Leone – 792 min ədəd (10,9 qəpiyə).Məlumat üşün onu da bildirək ki, ötən ilin ilk 11 ayında Belarus və Almaniyadan Azərbaycana yumurta gətirilib.
Belarusdan 608,4 min ədəd yumurta idxal edilib və bir ədədinin orta gömrük dəyəri 18,8 qəpik olub.
Bundan başqa Almaniyadan təxminən 50 ədəd yumurta gətirilib ki, bu yumurtaların da bir ədədinin orta gömrük dəyəri təxminən 1 manat olub.
Onu da bildirək ki, hazırda Almaniyada bir ədəd yumurtanın pərakəndə satış qiyməti təxminən 0,33 avroya (65 qəpik) bərabərdir.Elnur Əli Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.