Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Almaniyadan Azərbaycana gələn nəqliyyat vasitəsində gömrükdən gizlədilən dərman, vitamin, spirtli içki və siqaretlər aşkarlanıb.
“Yeni Sabah” xəbər verir ki, Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən “Qırmızı Körpü” gömrük postunda həyata keçirilən gömrük nəzarəti tədbirləri zamanı şübhəli hallar müəyyən edilib.
Nəqliyyat vasitəsinə keçirilən baxış və sonrakı yoxlama zamanı gömrük orqanına bəyan edilməyən 39 adda mal aşkarlanıb. Aşkar olunan məhsullar arasında dərman preparatları, vitaminlər, spirtli içkilər və siqaretlər olub. Onlayn mağaza
Faktla bağlı araşdırma aparılır.