Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniya kansleri Fridrix Merts, İsrailin Qəzza zolağındakı hərbi əməliyyatlarını genişləndirmə planına cavab olaraq verdiyi açıqlamada, İsrailə silah ixracına növbəti bildirişədək icazə verilməyəcəyini bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Merts açıqlamasında, israilli girovların azad edilməsi və atəşkəs danışıqlarının Almaniyanın ən vacib prioritetləri olduğunu vurğulayaraq, Qəzza zolağındakı mülki əhalinin çəkdiyi əzablardan dərin narahatlıq keçirdiyini qeyd edib.
O, həmçinin növbəti bildirişədək İsrailə silah göndərişinin dayandırıldığını açıqlayıb.
Nigar Hacılı
"Cebheinfo.az"