Almaniyadan pis xəbər 12 mindən çox insan ölüb

14.08.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almaniyada mövsümün əvvəlindən yüksək temperaturla əlaqəli təxminən 12,5 min ölüm qeydə alınıb.

Modern.az xəbər verir ki, bu barədə Almaniya Federal Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Robert Kox İnstitutunun məlumatında bildirilir.

Məlumata görə, ölümlərin təxminən 9,6 mini iyunun sonunda müşahidə olunan güclü istilər zamanı baş verib.

Yüksək temperaturdan ən çox 75 yaşdan yuxarı şəxslər zərər çəkib. Mütəxəssislər xüsusilə yaşlı insanların uzunmüddətli və yüksək temperatur fonunda risk qrupunda olduğunu bildirirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью