Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Nottingem Forest” avstriyalı yarımmüdafiəçi Ksaver Şlageri heyətinə qatıb.
Futbolpress.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 28 yaşlı futbolçu ilə 30 iyun 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Avstriyalı futbolçu 2022-ci ildən çıxış etdiyi “Leyptsiq”dən azad agent kimi ayrılıb. Onun Almaniya klubu ilə müqavilə müddəti bu ilin iyununda başa çatmışdı.
Şlager 2025/26 mövsümündə keçirdiyi 30 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Karyerası ərzində “Volfsburq” və “Zaltsburq” klublarının da formasını geyinmiş futbolçunun “Transfermarkt” portalına görə transfer dəyəri 10 milyon avro qiymətləndirilir.