Almaniyadan Qrenlandiyaya mühüm DƏSTƏK

27.01.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Almaniya kansleri Fridrix Merz Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ilə görüşüb və o, Almaniyanın Arktika regionunun təhlükəsizliyin təmin edilməsi üçün daha çox səy göstərəcəyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, görüş “Die Velt” qəzeti tərəfindən Berlində təşkil edilən illik iqtisadi konfrans çərçivəsində baş tutub.

Danışıqlar Qrenlandiya ətrafındakı mövcud vəziyyətə həsr olunub.

"Avropa oyanıb. Avropa birliyimiz Qrenlandiya ilə bağlı uğurlu danışıqlara töhfə verib. Almaniya NATO tərəfdaşı olaraq, Arktikada təhlükəsizliyin təmin edilməsinə sadiqliyini gücləndirəcək. Mən Mette Frederiksen və Yens-Frederik Nilsenə bu barədə bildirmişəm", - Merz qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью