Almaniyadan Rusiyanı sevindirən xəbər

28.05.2025

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Almaniya kansleri Fridrix Mertzin Kiyevə hərbi təchizatla bağlı məhdudiyyətlərin aradan qaldırılması barədə dediyi sözlər zəiflik göstəricisidir”.

Globalinfo.az xəbər verir ki, bunu Almaniya parlamentinin üzvü Roderik Kisevetter deyib.

“Bu cür bəyanatlar faydasızdır. Onlar Avropanın Rusiya qarşısında zəifliyini açıq şəkildə nümayiş etdirirlər”, – o bildirib.

Qeyd edək ki, mayın 26-da kansler Britaniya, Almaniya, Fransa və ABŞ-ın artıq Ukraynaya tədarük edilən silahların çeşidini məhdudlaşdırmadığını elan edib.

Əliyar Xəlil
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью