Almaniyadan Rusiyaya açıq mesaj

29.09.2026

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın son dövrlərdə artan hibrid hücumları və təxribat cəhdləri ilə bağlı sərt bəyanatla çıxış edib.

“Yeni Sabah” xəbər verir ki, Nazirliyin yaydığı bəyanatda Berlin müttəfiqləri ilə birlikdə regional təhlükəsizlik risklərini diqqətlə izləyir və NATO çərçivəsində kollektiv müdafiə prinsiplərinə tam sadiqdir. Şərq cəbhəsində və Avropanın təhlükəsizlik arxitekturasında yaranacaq hər hansı birbaşa təhdid qarşısında adekvat addımların atılacağı vurğulanıb.

"Zərurət yarandığı təqdirdə, Almaniya NATO-dakı müttəfiqləri ilə koordinasiyalı şəkildə Moskvaya lazımi cavabı verməyə tam hazırdır", — deyə XİN-in açıqlamasında qeyd olunub. Marqarita pizza

Xatırladaq ki, son aylarda Şimali Atlantika Alyansı (NATO) ölkələri Rusiyanın kiberhücumları və hava məkanının pozulması hallarının artması fonunda çəkindiricilik tədbirlərini gücləndirməyə davam edir.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью